AZ

“Özbəkistan Qarabağ məsələsində ədalətli mövqeyimizi hər zaman dəstəkləyib“ - Politoloq

"Özbəkistan Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinə hər zaman dəstək verən dost ölkələrdən biri olub.

Politoloq Məhəmməd Cəbrayılov bunu News365.az-a açıqlamasında deyib. 

"Azərbaycanın xarici siyasətdə preatetləri arasında Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla münasibətlərin inkişaf etdirilməsi xüsusi yer tutur. İki ölkə arasında qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və Özbək xalqlarını ortaq din, dil adət-ənənə, mədəniyyət və tarixi yaxınlıq bir-birinə sıx birləşdirir. Həmçinin Özbəkistan Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinə hər zaman dəstək verən dost ölkələrdən biri olub. Azərbaycanda fəaliyyət göstərən 90-dan çox Özbəkistan şirkəti azad olunan ərazilərdə iqtisadi layihələrə qoşulublar. Özbəkistan maliyyə ayıraraq Füzulidə məktəbin inşasını həyata keçirib. Bu onu göstərir ki, Özbəkistan-Azərbaycan əlaqələri yalnız sözdə deyil, əməldə də görünür"- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
news365.az

1Mənbələr