AZ

Əziz Əliyev Şahdağda: Sizin səsiniz bizim sözümüzdür

104 saylı Gədəbəy Seçki Dairəsindən deputatlığa namizəd Əziz Əliyev Şahdağ kəndində görüş keçirib.

Turkustan.az xəbər verir ki, görüşü giriş sözü ilə açan Ayxan İsgəndərzadə namizdin həyat yolu haqda hesabat verib.

Daha sonra çıxış edən namizəd bildirib ki, Sizin səsiniz bizim sözümüzdür.

Daha sonra Professor Rəfail Əhmədli geniş çıxış edib.

O bildirib ki, dünya təcrübəsi göstərir ki, beş səs də, bir səs də bəzi hallarda seçkinin taleyini həll edə bilir. Bu baxımdan hər birimizin səsimiz qiymətlidir. Biz qalib ölkənin vətəndaşları kimi səsimizi qiymətləndirməliyik, tarixi taleyimizi özümüz müəyyənləşdirməliyik. Bunun bir yolu seçkiyə getmək, səs verməkdir. Biz artıq siyasi maarifçiliyə keçməliyik. Çünki bütün inkişaf amillərinin kökündə maarifçilik dayanır.

Müsəlman Şərqində ilk parlamentlirespublika - Azərbaycan Xalq Cümhuriyyəti bizdə qurulub. Bu baxımdan millət olaraq siyasi şüuru, maarifi inkişaf etmiş bir millətik. Qarabağ kimi böyük problemini həll edən millət özünün siyasi problemlərini də həll edəcək.Buna görə də, səsimizi kor-koranə verməməliyik, kimə səs verəcəyimiz barədə düşünməliyik.

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərdə 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əliyevin üstün cəhətlərindən bəhs etmək istəyirəm. Birincisi, Əziz hamımızın gözünün qarşısında böyüyüb, ailəsini, əslini, nəslini tanıyırıq. O, Bakıda yaşasa da, heç olmasa ayda bir dəfə gəlib buralara baş çəkir. Bu baxımdan problemlərimizi ona birbaşa bildirə bilərik ki, Milli Məclisdə qaldırsın. Əminliklə deyə bilərəm ki, Əziz səsimizə sahib duracaq, mənasını dərk edəcək.

İkinci birtərəfdən, tez-tez müxtəlif telekanallarda onun çıxışlarını dinləyirəm, siyasi çıxışlarından qeydlər aparıram, təhlil edirəm, bu çıxışlarla əsas istiqamətləri müəyyənləşdirə bilirəm. Bu mənada onun seçilməyi sizə həm də qürur verəcək. Beynəlxalq, qlobal siyasətdə, ölkə daxili mövzularda, regional istiqmətlərdə Əziz Əliyevin strateji düşüncələri var.

Bir məqamı da qeyd edim ki, Yaponiyanın təbii sərvəti yoxdur, onların sərvəti insandır. Elə insan yetişdirirlər ki, onun hazırladığı bir əşya digər ölkələrin tonlarla hazırladığından qiymətli olur. Bu mənada insan ən qiymətli sərvətdir. Əziz Əliyev bunu daim vurğulayan, insan anlamına dəyər verən namizəddir.

Millətin, dövlətin siyasətini ifadə edən savadlı insan olmalıdır. Onun elmi siyasi bazası var, siyasətin özündədir, digər sahələrdən siyasətə gəlməyib. Əziz Əliyev Fəlsəfə və Sosiologiyaİnstitunun doktorantıdır. Əminəm ki, dəyərli bir elmi tədqiqat işi əsəri ərsəyə gətirəcək. O, birbaşa siyasətlə məşğuldur, düşüncələrində sərrastdır, sərbəstdir.

Vurğulamaq istəyirəm ki, Əziz eyni zamanda, iti zəkalıdır. Medianınqəfil suallarında gərək elə zəkan olsun ki, düzgün, dəqiq cavablayasan. Bu baxımdan iti zəkalılıq önəmlidir, bu olmazsa, nailiyyət olmur. Ürəklə deyə bilərəm ki, bu mənada da sabah siz Əziz Əliyevlə qürur duyacaqsınız. Digər tərəfdən, siyasi elmi savad, baza olmalıdır ki, fikirlər qarşısında fikir söyləyə biləsən. Onun müasir dövrün qlobal siyasətində önəmli zolaq olantürk dünyası haqqında, türkçülük haqqında dəyərli, strateji fikirləri var.

Son olaraq demək istəyirəm ki, layiq olana səs versəniz, bunun peşmanlığını çəkməyəcəksiniz. Səsiniz Əziz olsun!

Daha sonra tanınmış riyaziyyatçı Fərhad müəllim və sənətçi Gültəkin Göyçəli də çıxış edərək namizədə tam el dəstəyinin olduğunu ifadə ediblər.

#SəsinizƏzizOlsun

Bir

Bir

Bir

Bir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
turkustan.az

2Mənbələr