AZ

Britaniyanın keçmiş ordu rəisi 2028-ci ilə qədər müharibə riski ilə bağlı xəbərdarlıq edib

Britaniya Ukraynaya verdiyi dəstək nəticəsində tükənmiş silah ehtiyatını təcili olaraq bərpa etməyə başlamasa, qarşıdakı beş il ərzində münaqişəyə qarışa bilər.

Editor.az xəbər verir ki, bu xəbərdarlığı Britaniya Quru Qoşunlarının keçmiş Baş Qərargah rəisi Patrik Sanders edib. O, fikirlərini “The Daily Telegraph”ın hissələri dərc etdiyi “Money Maze” podkastına müsahibəsində bildirib. “Əgər biz tükənmiş ehtiyatları doldurmasaq və modernləşdirməsək, münaqişəni qaçılmaz etmək riskimiz var”, – deyə hərbi rəsmi bildirib. Onun sözlərinə görə, Ukraynada münaqişənin sona çatması, Rusiyanın hərbi modernləşdirilməsi və Çinin 2027-ci ilə qədər Tayvanı ələ keçirmək üçün mümkün hərəkətləri də daxil olmaqla, bir çox amillərin üst-üstə düşməsi riski var: “Bu, 2028-ci ilə qədər ciddi təhlükə yaradır”.

Onun sözlərinə görə, 2028-ci ildə müharibədən qaçmağın ən yaxşı yolu müharibəyə hazır olmaq və cari onillikdə münaqişənin qarşısını almaqdır.

Sanders daha əvvəl Britaniya quru qüvvələrinin sayının 73 min nəfərə endirilməsi qərarını tənqid etmişdi. Keçən il o, həmçinin qeyd edib ki, Londonun Kiyevə 14 “Challenger 2” tankı təhvil verməsi ordunu zəiflədib və milli arsenalda qıtlıq yaradıb. Qeyd edək ki, onu iyunun 15-də Baş Qərargah rəisi vəzifəsində general Raleigh Walker əvəz edib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
editor.az

1Mənbələr