AZ

“ABŞ dünyada nüvə risklərinin əsas mənbəyidir” - Mao Ninq

Yazını böyüt
Yazını kiçilt

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında “New York Times” qəzetində dərc olunan xəbərlərdə Co Baydenin Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmaq göstərişi verdiyi iddiasını dəyərləndirib.

Hafta.az-ın yazdığına görə, Ninq deyib: "Dünyada nüvə risklərinin və strateji təhlükələrin əsas mənbəyi ABŞ-dır. ABŞ son illər Çini “nüvə təhlükəsi” olaraq xarakterizə edir. Guya Çin nüvə silahsızlanma öhdəliyindən yayınır, nüvə arsenalını genişləndirir və sair. Əslində isə, dediyim kimi, nüvənin əsas mənbəyi, dünyadakı risklər və strateji təhlükələr ABŞ-dır” .

Çinin nüvə arsenalının ölçüsünün heç bir halda ABŞ-la eyni səviyyədə olmadığını vurğulayan Mao Ninq, “Çin nüvə silahını “ilk istifadə edən olmamaq” siyasətini izləyir və nüvə potensialını milli müdafiə üçün tələb olunan minimum səviyyədə saxlayır. Bizim başqa ölkələrlə silahlanma yarışına girmək niyyətimiz yoxdur” deyib.

Sözçü Vaşinqton administrasiyasını nüvə silahlarını azaldaraq tərksilahla bağlı "xüsusi və əsas" öhdəliyini yerinə yetirməyə çağırıb və deyib: "Birləşmiş Ştatlar nüvə silahının paylaşılması kimi qlobal və regional sülhə xələl gətirəcək mənfi addımlarına son qoymalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
hafta.az

1Mənbələr