AZ

Örüş sahəsinə görə qardaşları öldürmək istəyən şəxsə 10 il HƏBS CƏZASI

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə tərqsirlədirilən Hamlet Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 01 may 2021-ci il tarixdə, saat 08 radələrində Yardımlı rayonu, Telavar kəndi yaxınlığında yerləşən “Qobular” adlı ərazidə qeydə alınıb. Belə ki, rayon sakini, 1971-ci təvəllüdlü Hamlet Quliyev ailədaxili ədavətləri olan həmkəndlisi, zərərçəkmiş Coşqun Zabidovla növbəti dəfə örüş sahəsinə sahibliklə bağlı mübahisə edib. Bu zaman o, qoşalüləli ov tüfəngi ilə Coşqunun döş qəfəsinə qəsdən bir dəfə atəş açaraq ona xəsarət yetirib. Sonra zərərçəkmiş özünü müdafiə etmək üçün Hamletə ağac parçası atıb və təqsirləndirilən şəxs müvazinətini itirib. Həmin vaxt o, Coşqunun sağ ayağına qəsdən ikinci atəşi açıb. Daha sonra Coşqunun köməyinə gəlmiş qardaşı Seymur silahı Hamletdən almaq istədikdə o, istintaqa məlum olmayan bərk küt əşya ilə onu da vuraraq xəsarət yetirib. Hadisədən sonra Hamlet Quliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2024, 10:00   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
pravda.az

1Mənbələr