AZ

Nikolas Maduronun seçkilərdə qalibiyyəti təsdiqlənib

Venesuela Ali Məhkəməsi iyulun 28-də ölkədə keçirilən prezident seçkilərində Nikolas Maduronun qalib gəldiyini təsdiqləyib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Məhkəmənin seçki departamenti uzun müddətdir iqtidar və müxalifət arasında etirazlara səbəb olan 28 iyul prezident seçkilərinin nəticələri ilə bağlı qərar verib.

Məhkəmə Milli Seçki Şurasının iyulun 29-da açıqladığı prezident seçkilərinin nəticələrində heç bir qanun pozuntusunun olmadığına qərar verib və Maduronun seçkidə qalib gəldiyini təsdiqləyib.

Qeyd edək ki, Venesuela Ali Məhkəməsi ölkənin ən yüksək məhkəmə orqanı hesab olunur və Venesuela qanunlarına uyğun olaraq seçkilərin etibarlılığını təsdiqləmək üçün məsuliyyət daşıyır.

Əli Hüseynov

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
bakivaxti.az

1Mənbələr