AZ

Kainatın ilk anlarına işıq

Bu günə qədər kəşf edilən ən ağır antimaddə nüvəsi aşkar edilib. Tapıntılar kainatın ilk anları ilə bağlı maraqlı suallara cavab verə bilər. Kütləsinə görə məlum maddə ilə eyni olan antimaddə yalnız əks istiqamətdə elektrik yükü daşıyır. Məsələn, mənfi yüklü elektronun antimaddəsi olan pozitronun mənfi işarəsi yox, müsbət işarəsi var.

Standart nəzəriyyəyə görə, təxminən 13,8 milyard il əvvəl baş vermiş Böyük Partlayışdan dərhal sonra kainat maddə və onların antimaddə hissəcikləri ilə dolub.

Bu zərrəciklər toqquşaraq bir-birini məhv edib və bir saniyədən az bir müddətdə kainatda demək olar ki, yalnız maddə hissəcikləri qalıb. Hazırda antimaddə demək olar ki, yoxdur. Bunun səbəbi Böyük Partlayışdan sonra antimaddədən bir qədər çox maddə hissəciklərinin olmasıdır. Ancaq elm adamları bu fərqin nədən qaynaqlandığını bilmirlər.

ABŞ-ın Brookhaven Milli Laboratoriyasındakı “Relativistic Heavy Ion Collider”də (RHIC) kainatın ilk anlarındakı mühit yaratmağa çalışan alimlər bu və buna bənzər suallara cavab axtarırlar.

Avqustun 21-də aparıcı ekspert jurnalında dərc olunan tədqiqatı həyata keçirən komanda, bu kollayderdə antimaddə hissəcikləri istehsal edib.

Alimlər ağır ionları, yəni elektronları olmayan atom nüvələrini toqquşdurmaqla, kainatın əmələ gəlməsində elementlərin davranışını təqlid ediblər.

Kainatın əmələ gəlmə mərhələsində olduğu kimi, maddə və antimaddə hissəcikləri RHIC-də çox yaxın miqdarda mövcuddur.

Bu hissəciklərin toqquşması və məhv olması nəticəsində plazma şorbası yaranır. Alimlər milyardlarla toqquşmada zərrəciklərin gedişatını, onların nəyə çevrildiyini izləyir və beləliklə də antimaddəni aşkar edirlər.

Son araşdırmada komanda təxminən 6 milyard toqquşmanı izləyib və bu günə qədər ən ağır antimaddə nüvəsini aşkar edib.

“Antihiperhidrogen-4” adlanan antimaddə nüvəsi – bir antiproton, iki antineytrondan və bir antihiperondan ibarətdir.

Tədqiqatçılar bunu öyrənməklə ilk kainatda niyə daha çox maddənin olduğunu öyrənməyə ümid edirlər.

Lanzhou Universitetindən tədqiqatın həmmüəllifi Canlin Vu, “Materiya və antimaddə haqqında fizika biliklərimiz göstərir ki, onlar əks elektrik yüklərilə yanaşı, eyni xassələrə malikdirlər – kütlələri, partlayışdan əvvəlki müddətləri və qarşılıqlı təsirləri eynidir”.

Niyə maddənin kainatımıza hakim olması hələ də dəqiq cavabını bilmədiyimiz sualdır.

“Antihiperhidrogen-4”ü tədqiq edən alimlər maddə və antimaddə versiyasının gözlənildiyi kimi çox yaxın ömür sürdüyünü qeyd etdilər. Bu, mövcud nəzəriyyələri dəstəkləyir, lakin maraqlı suala cavab vermir.

“Əgər bu simmetriyanın pozulduğunu görsək, fizika haqqında bildiklərimizin çoxunu pəncərədən çölə atmalı olacaqdıq”, –məqalənin başqa bir müəllifi Emili Dakvorz deyib.

Tədqiqatçılar növbəti araşdırmalarında maddənin kütlələrini və hissəciklərin antimaddə versiyalarını müqayisə etməyi planlaşdırır. Kainatda niyə antimateriyanın deyil, maddənin üstünlük təşkil etdiyinə dair ipucları əldə etməyə ümid edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
vaxt.az

1Mənbələr