AZ

“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib

Bakı. Trend:

Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı iləhəyata keçirilən “Zəfər üçün oxu!” layihəsinin təqdimat mərasimibaş tutub.

Trend xəbər verirki, tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəliksükutla anılması ilə başlayıb.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıqüzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli tədbirdə çıxış edərək bildiribki, klipin çəkilişləri işğaldan azad edilən ərazilərdə aparılıb. O,layihənin məqsədinin vətənpərvərlik ruhunu artırmaq, zəfərsevincini və vətən sevgisini dinləyicilərə çatdırmaq, Qarabağuğrunda döyüşən igidləri bir araya gətirmək olduğunu vurğulayıb.Layihə çərçivəsində, sözləri Əməkdar incəsənət xadimi BabaVəziroğluna, musiqisi isə Bəbir Bəbirliyə məxsus olan yeni“Azərbaycan” mahnısını İkinci Qarabağ müharibəsi iştirakçılarıqazilər Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlı ifaediblər. Klipin çəkilişləri zamanı ifaçıların geyimləri AzərbaycanMilli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoruvə dizayner Gülnarə Xəlilova tərəfindən təmin olunub. Klipinrejissoru Elnur Cəbrayılov, operatoru isə Orxan Qurbanovdur.Ülviyyə Bəbirli əlavə edib ki, çəkilişlər zamanı doğma torpaqlardaabadlaşmanı görmək sevinc və qürur hissi doğurub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə layihəninvətənpərvərlik ideyalarını bir araya gətirdiyini qeyd edib. O,Şanlı Zəfərdən sonra sosial həyatın bütün sahələrində köklüdəyişikliklərin baş verdiyini bildirib.

“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasınagörə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsiiştirakçısı” medalları ilə təltif olunan III qrup Qarabağ əliliMəbud Əhmədov da öz təəssüratlarını bölüşüb.

Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş sektorununmüdiri Tural Əliyev, mədəniyyət naziri müavinləri Səadət Yusifovavə Fərid Cəfərov, mədəniyyət nümayəndələri, qeyri-hökuməttəşkilatlarının rəhbərləri, hərbi qulluqçular və qazilər iştirakediblər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
az.trend.az

1Mənbələr