AZ

BMW Avropada elektrikli avtomobil satışında "Tesla"nı geridə qoydu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMW iyul ayında ilk dəfə daha çox elektrokar (BEV - batareya ilə işləyən elektrik avtomobilləri) sataraq, "Tesla"nı Avropa elektrikli avtomobil bazarının zirvəsindən saldı. İyul ayında BMW Avropada 14 869 yeni elektrik avtomobili, "Tesla" isə 14 561 yeni elektrikli avtomobil satıb.
Oxu.Az xəbər verir ki, bu barədə "JATO Dynamics" analitik şirkəti məlumat yayıb.
BMW elektrokarlarının satışları illik müqayisədə 35% artaraq Alman avtomobil nəhənginə ABŞ şirkətini ötməyə imkan verib. Qeyd olunur ki, iyul ayında "Tesla"nın Avropada satışlarında azalma olub. "Model Y"in satışları 2023-cü ilin iyul ayı ilə müqayisədə 16%, "Model 3"ün satışları 17% azalıb. Eyni zamanda, digər modellər ilə böyük fərqlə "Model Y" Avropada ən çox satılan BEV markası olaraq qalıb.
Avropa bazarında ən populyar 5 elektrik avtomobil markasına iyul ayında 12 200 BEV satan "Volkswagen", "Volvo" - 10 500 və "Audi" - 8 600 daxildir.
Avropada ümumi BEV satışları 2023-cü ilin iyul ayı ilə müqayisədə 6% azalıb. "JATO Dynamics"in analitiklərinin fikrincə, bu, hökumət tərəfindən stimulların olmaması və elektromobillərin yenidən satışı zamanı qiyməti ilə bağlı narahatlıqlarla əlaqədardır.
İyun ayında "Tesla" avtomobil idarə edilərkən açıla bilən kapot kilidləri ilə bağlı problemlər səbəbindən elektrik avtomobillərini kütləvi şəkildə geri çağırmağa məcbur olub. Ümumilikdə şirkət 2020-ci ildən 2024-cü ilə qədər 1,85 milyon 3, S, X və Y modellərini bir aydan az müddətdə geri çağırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
oxu.az

10Mənbələr