AZ

Horadiz-Ağbənd dəmir yolundakı 771 metrlik körpünün dəmir-beton işləri tamamlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-cı kilometrində inşa edilən tunelin uzunluğu 1071 metr təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov bildirib.
Onun sözlərinə görə, inşa edilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir.
“Tunelin tikintisi Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur. Qazma işləri qazma-partlatma üsulu ilə aparılır. Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır”, – deyə o qeyd edib.
Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün uzunluğu 771 metr olduğunu deyən şöbə müdiri onun 23 aşırımdan ibarət olduğunu əlavə edib: “Körpünün dayaqlarının diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilib. Sözügedən körpünün tikintisinin səbəbi dəmir yolunun bu hissədə Xudafərin su anbarına yaxın yerləşməsidir. Körpünün dəmir-beton işləri tamamlanıb”.

https://video.azertag.az/files/video/2024/2/1724350596476436671.mp4

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
turk.az

10Mənbələr