AZ

Avropada isti hava səbəbindən ölümlər üç dəfə arta bilər

Araşdırmalara görə, bu əsrin sonuna qədər Avropada isti havalara görə ölüm nisbətlərinin üç dəfə arta biləcəyi ifadə edilib.

QHT.az xəbər verir ki, dünyada yaşlı əhalinin ən çox olduğu bölgə olan Avropada aparılan araşdırma göstərib ki, qocalmış əhalinin təhlükəli temperaturlara qarşı həssaslığı artdıqca ölüm nisbətləri də arta bilər. Xüsusilə İtaliya, Yunanıstan və İspaniya kimi Cənubi Avropa ölkələrində bu rəqəmlərin qeyri-mütənasib şəkildə arta biləcəyi irəli sürülüb. Araşdırmada müxtəlif yaş qruplarının isti hava ilə qarşılıqlı əlaqəsi müşahidə edilib. Bu müşahidə ilə 85 və yuxarı yaş qruplarında ölüm nisbətlərinin digər yaş qruplarına nisbətən daha yüksək ola biləcəyi ehtimalına diqqət çəkilmişdir.

Bu gün Avropada isti havanın səbəb olduğu ölümlərin sayı ildə təxminən 44 min nəfərdir. Araşdırmaya görə, havanın temperaturunun qlobal atmosfer şəraitindən 3 dərəcə yuxarı qalxması ildə 129 min insanın ölümü ilə nəticələnə bilər. Tədqiqatçılar bütün qitədə isti və soyuq havadan ölüm hallarını hesablamaq üçün 854 şəhərdən məlumat toplayıblar. Müvafiq olaraq, tədqiqatçılar istinin bütün Avropada daha çox ölümə səbəb ola biləcəyini, lakin ən ağır yükün İspaniya, İtaliya və Yunanıstan kimi Cənubi Avropa ölkələrinin, eləcə də Fransanın bəzi hissələrinin üzərinə düşəcəyini irəli sürdülər.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
qht.az

1Mənbələr