AZ

Meyvə alanda orqanik, qız alanda sintetik...

Qəribə vəziyyət yaranıb. Bazarda, dükanda meyvənin, toyuğun, südün orqanik olanını axtarırıq, canımıza faydalı olsun deyə. Amma plastik əməliyyatlarla canımızı kəsib doğrayırıq, sintetik, plsatik oluruq.  Eybəcər görünək deyə, bəli eybəcər. Bu gözəllik naminə edilsə dərd yarıdı. Üzün yarısını tutan dodaqlar, quş caynağı kimi dırnaqlar, silikonlu yanaqlar, çənələr, sinələr, arxalar....

Elə bir psixoloji vəziyyət yaranıb ki, bəzi insanlar, xüsusilə də qadınlar özünə nifrət edir, görünüşlərindən daim narazıdırlar, məmnuniyyət hissi yoxdur. İş burasındadır ki, bu yaş artdıqca daha çox özünü büruzə  verur. Bəziləri bunu öz əri üçün yox, ətraf üçün edir, özünü oyuncaq əşya kimi satışa qoyanlara oxşadırlar. 

Rəqabət artıqca, prosedurlar ucuzlaşdıqca, bu daha da əlçatan və arzulanan olur. Eybəcərlik sürü, kütlə şəklini alır. Beləcə böyük istehlakçı bazası formalaşır və milyonlarla pul və insanlar lazımsız səmtlərə yönəlir. Bu gedişatın böyük bir çöküşü olacaq və getdikcə insan insanlıqdan çıxacaq. Gələcəkdə uşaqlar görəsən analarını necə ayırd edəcəklər? Hamı əkiz kimi bir-birinə bənzəyir.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
hit.az

1Mənbələr