AZ

ABŞ səfirinin boğazının quruduğu an...VİDEO

ABŞ-nin Ermwnistana silah-sursat daşimasi ilw bağli bir müddwt wvvwl mediada mwlumat yaymişdi. Hwmin mwlumatlarda twkcw söz yox hwm dw faktlarla danişilmişdi. Lakin ABŞ-nin Azwrbaycandaki swfiri bu mwlumatlari qwti olaraq twkzib edib. O deyir ki “caliber”in bu paylaşımı uydurmadır.

Bu fikirləri ABŞ-nin Azərbaycandakı səfiri səsləndirir. O, deyir ki, Azərbaycan mətubatında dərc olunan abş-nin ermənistana silah sursat daşıması ilə bağlı məlumatlar cəfəngiyyatdır. Hansı ki, o "uydurma" məlumatlar real foto faktlara əsaslanır. Səfir isə peşəsinin qaydalarına uyğun olaraq söz oyunu oynayır, onun təkzibi heç bir fakta əsaslanmır. Yaxşı olardı ki, belə təkzibdənsə cənab mark libbi səssiz qalardı.

Səfirinin sözdə cəfəngiyyat adlandırıdığı ABŞ-ın Ermənistana silah daşıması məsələsi bir müddətdir ki, gündəmdədir.

Bu barədə Caliber.az məlumat yayaraq bildirmişdi ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. Amma caliber bunu sözdə yox fotosübutlarla, əsaslı məlumatlarla dərc edib. Əlbəttə ki Səfirin də buna əsaslı fakta əsaslanan cavabı olmalı idi. Çünki, sadəcə uydurma demək hərhansı məllumatı uydurma etmir.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn də bu yazı ilə bağlı yerli mətbuata açıqlama verib. Səfir, demək olar ki, məlumatın ətrafında söz oyunu oynayıb. Faktla bağlı konkret fikir bildirməyib. O deyir ki, təbii ki, erməni-amerikan birgə hərbi təlimləri Ermənistan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövzusudur. Biz buna qarışmırıq və yayılan xəbər də heç bu mövzuda deyil. Maraqlıdır ki, söhbət Ermənistana gizli yolla 2 təyyarədə silah-sursat daşınmasından getdiyi halda, səfirlik "təlimləri" şərh edib. Görübən odur ki, səfirin də suallardan yayınmaq və təkzib etməkdən başqa deyəcək heçnəyi yoxdur.

Məlumatı cəfəng adlandırılan “caliber” saytından da səfirə cavab gecikməyib.

Həmkarlarımız dərc etdiyi yazıda qeyd edib ki, müharibədən sonrakı illər ərzində Ermənistan, o cümlədən ABŞ-nin və onu fəal silahlandıran digər Qərb dövlətlərinin dəstəyi ilə çətinliklər yaratdı. İndi isə eskalasiyaya töhfə verən, nifaq salan və uzunmüddətli sülhün bərqərar olmasına əngəllər yaradan “caliber.az” deyil, onlardır. Səfirinin bu çıxışı isə əlbətət ki, təkcə “caliber” yox həm də azərbaycan mətbuatını təhqir etməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
xezerxeber.az

1Mənbələr