AZ

Putin: “Ukrayna Kursk AES-ə hücum etməyə cəhd göstərib”

“MAQATE-yə məlumat verilib, onlar gəlib vəziyyəti qiymətləndirmək üçün mütəxəssislər göndərəcəklərinə söz verirlər”
Ukrayna Silahlı Qüvvələri (AFU) ötən gecə Kursk AES-ə zərbə endirməyə cəhd edib. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərhədyanı regiondakı vəziyyətlə bağlı müşavirədə bildirib.
“Düşmən bu gün gecə saatlarında AES-ə zərbə endirməyə cəhd edib. Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) məlumat verilib, onlar gəlib vəziyyəti qiymətləndirmək üçün mütəxəssislər göndərəcəklərinə söz verirlər”, Putin söyləyib.
Bir gün əvvəl MAQATE-nin direktoru Rafael Qrossi “Financial Times” qəzetinə bildirib ki, o, gələn həftə stansiyanın vəziyyətini, onun enerji təchizatını və obyektə giriş yollarını qiymətləndirmək üçün Kursk vilayətinə səfər etməyi planlaşdırır. O, bölgədəki atom elektrik stansiyasının Ukrayna artilleriyasının “texniki məsafəsində” olmasından və bölgənin özündə döyüşlərin getməsindən narahatlığını ifadə edib.
Qeyd edək ki, AFU avqustun 6-da səhər saatlarında Kursk vilayətində hücuma başlayıb. Avqustun 20-də axşam saatlarına olan məlumata görə, 1263 kvadrat kilometr ərazi Ukrayna ordusunun nəzarətindədir. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daha dərindən irəliləməsi fonunda yerli hakimiyyət bölgə əhalisinin 20%-ni təşkil edən 180 min insanı təxliyə etmək qərarına gəlib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqustun 20-dək 120 mindən çox insan təhlükəsiz ərazilərə aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
19
ayna.az

10Mənbələr