AZ

Modi Avropada sülhə çağırış edib

Hindistanın Baş naziri Kiyevə səfərindən əvvəl müraciət edib
“Avropaya sülh lazımdır və dünya birliyi qlobal çağırışlar qarşısında birləşməlidir”. AYNA “Hindustan Times” qəzetinə istinadən bildirir ki, bu sözləri Hindistanın Baş naziri Narendra Modi deyib.
“Hindistan Buddanın ənənəsinə inanır, buna görə də müharibəyə deyil, sülhə inanır. Hindistan Avropada sülhün tərəfdarıdır. Bəşəriyyəti təhdid edən çağırışlarla mübarizə aparmaq üçün birlikdə olmalıyıq. Hindistan diqqətini diplomatiya və dialoqa yönəldib”, – siyasətçi Polşadakı hind diasporuna müraciəti zamanı deyib.
Modi vurğulayıb ki, mərhəmət Hindistan xalqının əsas xüsusiyyətidir: “Buna görə də Hindistan münaqişənin həlli üçün mümkün olan hər şeyi edəcək və hamı ilə etimadlı münasibətlər saxlamaq üçün bərabər məsafəli mövqe tutmağa davam edəcək”.
Bundan əvvəl “Bloomberg” agentliyi Modinin avqustun 23-də Ukraynaya səfər edəcəyini yazıb. Kiyevə gözlənilən səfər fonunda o, Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskinin bir-birinə mesajlarını çatdırıacağını söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
ayna.az

1Mənbələr