AZ

“Araz-Naxçıvan”dan Çempionlar Liqasında növbəti darmadağın

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxıb. Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxıb. Matc.az xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşıb. İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçirilən görüşdə təmsilçimiz rəqib qapısından 7 cavabsız top keçirib. İki turdan sonra maksilmal nəticə göstərən “Araz-Naxçıvan”, H qrupunda turnir cədvəlinə liderlik edir. Qeyd edək ki, “Araz-Naxçıvan” III turda İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşacaq. Görüş avqustun 24-də baş tutacaq. Çempionlar Liqası İlkin mərhələ H qrupu, II tur 22 avqust 18:00. “Sillamae Silla” – “Araz-Naxçıvan” – 0:7 Qollar: Amadeu, 4:54, Yaniç, 12:01, Kadinho, 15:54, 25:54, Manafov, 24:39, Əliyev, 32:32, Ağalızadə, 34:03 Hakimlər: Daniel Stauber (Avstriya), Trayan Enchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa) Timekeeper: Kastriot Gerxhaliu (İsveç) Hakim-inspektor: Timo Onatsu (Finlandiya) UEFA nümayəndəsi: Andris Utinans (Latviya) Uddevalla. Agnebergshallen    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
matc.az

1Mənbələr