AZ

MGH-da MRT cihazında pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərilir

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman həkim-radioloq Eldəniz Hüseynov, həkim-radioloq Emin Məmmədov və şöbənin tibb işçiləri tərəfindən Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərilir. MR koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün orqan və toxumalarını müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikanın aparılmasına imkan verir.

İngenia Elition X 3.0 Tesla gücündə Maqnit Rezonans Tomoqrafiyası cihazının üstün cəhətləri nədir?

Qapalı sahədə qorxusu olan klaustrofobiyalı xəstələr üçün MR boşluğunun geniş olması və MR otağında yerləşdirilmiş elektron monitor və işıqlanma sistemi xəstələrin rahat müayinəsinə imkan yaradıb.

Cihazda MR boşluğunun genişliyi 70 sm olub ən geniş diametrə sahibdir. MR boşluğunun geniş olması və maqnit gücünün güclü olması ağır çəkili xəstələrin bütün müayinələrinin aparılmasına imkan verir.

Kiçik yaş qrupu xəstələrinin sedasiyasız müayinəsi üçün xüsusi görüntü effektləri ilə təchiz edilib. Müayinə zamanı xəstələrdə narahatlıq yaradan gur səs yeni cihazda digərlərinə görə daha aşağı tembrdədir və müayinə vaxtı daha qısadır.

İngenia Elition X 3.0T MRT cihazı vasitəsilə baş və onurğa beyin, ürək-damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.

Müasir MR texnologiyasının ən qabaqcıl Philips İngenia Elition X 3.0T MRT cihazında mövcud olan perfuziyon MR, MR spektroskopiya, diffuziyon MR, funksional MR, MR traktoqrafiya vasitəsi ilə beyin-onurğa beyin görüntülənmələrində beyinin ən mürəkkəb xəstəliklərinin dəqiq diaqnozu mümkündür.
Pediatrik yaş qrupunda beyin-onurğa beyin patalogiyalarını aşkarlamaq və diaqnozu təyin etmək üçün yeni MRT cihazı ayrıca pediatrik beyin-onurğa beyin koili ilə təchiz edilib. Eyni vaxtda bütün onurğa beyini bir dəfəyə çəkiliş etmək olur.

Ürək-damar xəstəliklərinin diaqnostikasında istifadə olunan MRT cihazı ürəyin morfoloji və funksional dəyərləndirilməsinə, xəstəliklərin aşkarlanmasına imkan verir.

Uşaq ürək xəstəliklərinin MR diaqnostikasını etmək üçün cihazda pediatrik MR koilləri mövcuddur.

Süd vəzi xəstəliklərinin müayinəsi mümkündür.

Philips İngenia Elition X 3.0T MRT cihazında mövcud olan zəngin koil imkanları bütün bədənin MR müayinəsinin eyni zamanda aparılmasına, xüsusilə, onkoloji xəstələrdə xəstəliyin orqan və toxumalara yayılıb-yayılmadığını təyin etməkdə mütəsna əhəmiyyətə malikdir.

Müayinə cavabını Hospitalda gözləməyə ehtiyac qalmır, müayinə cavabları pasiyentin elektron poçt ünvanına və ya votsapa göndərilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
sia.az

1Mənbələr