AZ

Honor 200 Smart smartfonunun render fotoları və texniki imkanları ortaya çıxıblar

     Honor şirkəti Honor 200 smartfon seriyasını artıq təqdim edib. Bu seriyaya Honor 200, Honor 200 Pro və Honor 200 Lite modelləri daxildir. Ortaya çıxmış məlumata əsasən şirkət Honor 200 seriyasının daha bir modelini təqdim etməyə hazırlaşır. Yeni model Honor 200 Smart adını əldə edəcək. Sözügedən yeni smartfonun fotoları və texniki imkanları artıq ortaya çıxıblar. Beləliklə ortaya çıxmış fotolara əsasən Honor 200 Smart smartfonu yastı gövdə dizaynını əldə edəcək və iki gövdə rəngində satışa çıxacaq.     Qara və yaşıl. Məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym ölçülü LCD ekranla təchiz olunacaq. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 4 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Honor 200 Smart özündə 50 MP + 2 MP ikili arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə o, 35 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyaya sahib olacaq. Honor 200 Smart-ın yaxın günlərdə təqdim ediləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
technote.az

1Mənbələr