AZ

Alaba qayıdır

David Alaba zədəsini sağaltmaq üzrədir. Uzun müddətdir yaşıl meydanlardan kənarda qalan Avstriya millisinin kapitanı sentyabrda məşqlərə başlayacaq.

Futbolinfo.az xəbər verir ki, mərkəz müdafiəçisinin dönüşü ən çox Karlo Ançelottini sevindirir. “Real”ın baş məşqçisi peşəkarlığına heyran olduğu Alabaya görə bu yay arxa xəttə əlavə transfer istəməyib. O, Davidin əvvəlki formasını bərpa edəcəyinə əmindir.

Alaba ötən ilin dekabrında sıradan çıxıb. La Liqanın 17-ci turunun “Vilyarreal”a qarşı matçında dizi zədələnən futbolçu dərhal əməliyyat olunmuşdu. 32 yaşlı müdafiəçi təxminən 10 aylıq fasilədən sonra yenidən “Real” forması geyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
futbolinfo.az

1Mənbələr