AZ

Rusiya bu ərazidən də hərbi qüvvələrini çıxarır

Yazını böyüt
Yazını kiçilt

Rusiya hərbi rəhbərliyi Zaporojye vilayətinin Berdyansk rayonunun bəzi yaşayış məntəqələrindən əsgərlərini çıxarmağa başlayıb.

Hafta.az “TSN”-ə istinadla  xəbər verir ki, bu barədə Berdyansk rayon şurasının sədr müavini Viktor Dudukalov “FREEDOM” telekanalında danışıb.

Hakimiyyət bu qərarı rus qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin hücumunun davam etdiyi Kursk vilayəti ərazisinə köçürülməsi zərurəti ilə əlaqələndirir. Dudukalovun sözlərinə görə, hətta Kursk əməliyyatının əvvəlində - dördüncü və ya beşinci gündən ruslar öz hərbi kontingentini işğal olunmuş ərazilərdən çıxarmağa başlayıblar.

“Bəzi qəsəbə və kəndlərdə yerli sakinlər bildiriblər ki, kəndi işğal edən bütün kontingent geri çəkilib. Yəni orada deyək ki, yüzlərlə rus hərbçisi olub, amma indi heç kim qalmayıb. Bu tendensiya davam edir"- deyə rayon rəsmisi bildirib.

Onun sözlərinə görə, ilk növbədə, söhbət Zaporojye və Donetsk vilayətlərində cəbhəyə göndərilmək üçün düşmən qoşunlarının cəmləşdiyi arxa hissədən gedir. Lakin indi bu qüvvələr Kursk vilayətinə üz tutacaqlar.

“Birmənalı və aydındır ki, qoşunlar işğal olunmuş Zaporojye vilayətinin bütün ərazisini müxtəlif intervallarla, müxtəlif sürətlə, demək olar ki, bir-bir tərk edir”, - V. Dudukalov belə deyib.

Xəbər verildiyi kimi, "ISW" analitiklərinin hesabatında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində daha da irəlilədiyi bildirilir. Xüsusilə də geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Aleksandrivkanın şərqində, sərhəddən 33 km aralıda yerləşən meşəlik ərazilərdə mövqe tutduğunu göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
hafta.az

1Mənbələr