AZ

"Norm"un icraçı direktoru barəsində inzibati protokol niyə tərtib olunub? - Aydınlıq gətirildi

"Dövlət Əmək Müfəttişliyi tərəfindən “Norm” ASC-nin Baş icraçı direktoru cənab Henning Sasse-yə inzibati xəta haqqında protokolun tərtib edilməsinə “Norm” ASC-yə xidmət göstərən logistika şirkətlərinin əməkdaşlarının sement sifariş edən şirkətlər tərəfindən yolumuzqarabaga.az icazə portalında yanlışlıqla “Norm” şirkətinin işçisi kimi qeydiyyatdan keçirilməsi səbəb olub". 

 

Bu barədə Pravda.az-a "Norm" ASC-dən bildirilib.

 

Qeyd olunub ki, “Norm” ASC tərəfindən müvafiq dövlət orqanına qərarın əsassız olduğuna dair məktub ünvanlanıb və müvafiq əsaslandırmalar təmin edilib. Eləcə də, məhkəməyə inzibati xəta hadisəsi olmadığı üçün sözügedən qərarın ləğv edilməsinə dair müraciət edilib.

 

Bildirilib ki, yanlış məlumatı daxil edən müvafiq şirkətlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemində qeydiyyat məlumatlarına düzəliş etmələri barədə xəbərdarlıq edilib.

 

"“Norm” ASC-də əmək müqaviləsi bağlanılmadan əmək funksiyaları yerinə yetirən işçilər yoxdur və şirkət, eləcə də onun vəzifəli şəxsi digər şirkətlər tərəfindən portala daxil edilmiş yanlış məlumata görə məsuliyyət daşıya bilməz" - məlumatda vurğulanıb.

Tarix: 22 Avqust 2024, 18:09   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
pravda.az

1Mənbələr