AZ

ABŞ və Britaniya bölgəyə qoşun yeritdi - Türkiyədən təpki gəldi

Türkiyə Müdafiə Nazirliyi İsrail və İran arasında artan gərginlikdən sonra ABŞ və Böyük Britaniyanın Cənubi Kiprə qoşun göndərməsi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, qurum Türkiyənin adada baş verənləri yaxın izlədiyini bildirib.

“Kipr adasında son dövrlərdə artan fəallıq və Cənubi Kipr Rum Administrasiyasının davam edən fəaliyyətləri diqqətlə izlənilir və Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə yönələ biləcək hər hansı təhdidlərə qarşı lazımi tədbirlər görülür. Kimin nə yerləşdirməsindən asılı olmayaraq, bütün gəlişmələri yaxından izləyirik. Hazırda Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyi baxımından heç bir problem və ya mənfi durum yoxdur”, - açıqlamada deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
teleqraf.com

1Mənbələr