AZ

Putin: Ukrayna nüvə partlayışı törətməyə cəhd edib

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin Rusiya sərhədindəki vəziyyətlə bağlı iclasdakı çıxışı zamanı Ukrayna Silahlı Qüvvələrinin Kursk Atom Elektrik Stansiyasını vurmağa cəhd elədiyini bildirib.

Rusiya Prezidenti deyib: "Düşmən bu gün gecə saatlarında atom elektrik stansiyasına zərbələr endirməyə cəhd edib. Atom enerjisi üzrə Beynəlxalq Agentliyə bu barədə məlumat verilib. Onlar özləri hadisə yerinə gəlməyi və vəziyyəti qiymətləndirmək üçün mütəxəssisləri göndərməyi vəd ediblər".

Putin MAQATE-nin öz vədini yerinə yetirəcəyinə inandığını bildirib.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
hurriyyet.az

1Mənbələr