AZ

“Putin Cənubi Qafqazda təsirini bərpa etmək istəyir” – Britaniya nəşri

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi, onun Cənubi Qafqazda təsirini yenidən bərpa etmək cəhdi kimi qiymətləndirmək olar”

KONKRET.az xəbər verir ki, bu barədə yazı Böyük Britaniyanın məşhur enerji saytı “oilprice.com”da dərc olunub.

Məqalədə qeyd olunur ki, onun bu imkana nə qədər nail olacağı sual altındadır. Mənbə Putinin Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə də çalışdığını yazıb. Bildirilir ki, İlham Əliyev isə Ermənistanla münasibətlərin vasitəçi olmadan normallaşdırılmasının tərəfdarı olduğunu deyib.

Həmçinin Ermənistanın da Rusiyanın vasitəçiliyindən uzaq durmağa çalışdığı vurğulanıb.

Xatırladaq ki, Putin 18-19 avqust tarixlərində Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşmüşdü.

Məlik Məlikov,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
konkret.az

1Mənbələr