AZ

İvanişvilinin sui-qəsd qorxusu: Xalqın qarşısına zirehlənib çıxdı

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili zirehli şüşə arxasında çıxış edib.

Teleqraf.com xəbər verir ki, İvanişvili Mtsxetada seçkiqabağı kampaniyanın açılış mərasiminə qatılıb.

Hakim komandanın digər liderləri, o cümlədən Baş nazir İrakli Kobaxidze də onunla səhnədə olsalar da, zirehli şüşədən istifadə etməyiblər.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti iyulun sonunda İvanişviliyə qarşı sui-qəsd cəhdi ilə bağlı işin araşdırıldığını açıqlayıb. Kobaxidze İvanişviliyə qarşı sui-qəsdin Slovakiya Baş naziri Robert Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampı öldürməyə cəhd edən qüvvələr tərəfindən hazırlandığını iddia etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
teleqraf.com

2Mənbələr