AZ

“Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib”

“Ukrayna Silahlı Qüvvələri bu gecə Kursk Atom Elektrik Stansiyasına zərbələr endirməyə cəhd ediblər”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı keçirdiyi iclasda deyib. 

Onun sözlərinə görə, Rusiya artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məsələ ilə bağlı məlumatlandırıb: “Onların vəziyyətin qiymətləndirilməsi üçün mütəxəssis göndərməyi, özləri də gəlməyi vəd edirlər. Ümid edirəm, bu, son nəticədə onlar tərəfindən həyata keçiriləcək”.

Putin müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovdan stansiyanın hazırkı vəziyyətini soruşub. O, isə cavabında vəziyyətin sabit və nəzarət altında olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
7
qafqazinfo.az

8Mənbələr