AZ

Qobuda qanunsuz tikili SÖKÜLDÜ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq, respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.

Qanunsuz inşa olunan tikili FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sökülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
49
operativmm.az

10Mənbələr