Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycanda son 16 ildir seçkilərdə veb-kameralardan istifadə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov MSK-nın avqustun 22-də keçirilən iclasında söyləyib.
O bildirib ki, son prezident seçkilərində veb-kameralara 468 mindən çox internet istifadəçisi baxıb. Veb-kameralara ən çox baxış ABŞ, Türkiyə və Böyük Britaniyadan olub.