AZ

Naxçıvan şəhər İcra Hakimiyyətində tədbir keçirilib - FOTOLAR

Naxçıvan şəhər İcra Hakimiyyətində “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması”  mövzusunda tədbir keçirilib.



NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Naxçıvan şəhər İcra Hakimiyyətində  inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyələrin, polis və təhsil müəssisələri əməkdaşlarının  iştirakı ilə  “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan şəhər İcra başçısının müavini Gülxanım Orucova da iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov,  Daxili  İşlər Nazirliyinin şöbə rəisi İman Quliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə  Hüseynova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, psixoloq Çapay Quliyev mövzu ilə bağlı çıxış ediblər.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
4
4
nuhcixan.az

5Mənbələr