AZ

"İran Avropa ölkələri ilə münasibətləri bərpa etməyə çalışacaq"

 

“İran Vaşinqtonla gərginliyi idarə etməyə və bir sıra şərtlər əsasında Avropa ölkələri ilə münasibətləri bərpa etməyə çalışacaq”. Missiya.Az “İSNA”ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı ilk müsahibəsində vurğulayıb.“İran Avropa ölkələri ilə münasibətləri bərpa etməyə çalışacaq, ancaq bu şərtlə ki, onlar öz düşmən yanaşmasından əl çəkməli və 2015-ci il nüvə sazişini canlandırmağa, o cümlədən sanksiyaları ləğv etməyə səy göstərməlidirlər”, - deyə, XİN başçısı əlavə edib.Abbas Əraqçı qeyd edib ki, regional böhranı birgə həll etmək üçün Tokio ilə əməkdaşlıq ediləcək. Bununla yanaşı, Yaponiya İranın neft yataqlarına yenidən qayıda bilər.Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
missiya.az

3Mənbələr