AZ

Restoranda yemək yeyən şəxsin motosikleti oğurlanıb

Restoranda yemək yeyən şəxsin motosikleti oğurlanıb

Adanada papaqla üzünü gizlədən H.G. adlı şəxs restorana yemək üçün daxil olan Y.K.-nın motosikletini oğurlayıb. Təhlükəsizlik kamerasından təsbit edilən H.G. polis tərəfindən saxlanılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Seyhan rayonunun Demetevler qəsəbəsində baş verib.

Y.K motosikletini yolun kənarında saxlayıb və yemək üçün restorana daxil olub.

Bu vaxt küçədə gəzən H.G. motosikletə minərək təpiklə işə salıb və onu oğurlayıb.

Yeməkdən sonra bayıra çıxanda motosikletinin oğurlandığını anlayan Y.K vəziyyəti polisə bildirib.

Avto Oğurluq Bürosu əməkdaşları tərəfindən şübhəlinin şəxsiyyəti müəyyənləşdirərək gizləndiyi evə basqın edib.

Evə baxış zamanı heç bir motosiklet tapılmayıb. Edilən əməliyyatların ardından ədliyyəyə sövq edilən H.G. məhkəmədə həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
sonxeber.az

1Mənbələr