AZ

Təyyarənin qanadı üzərində gəzən şəxs HƏBS OLUNDU

Təyyarənin qapısını açıb qanadın üzərində gəzən şəxs hava limanında həbs edilib.

Medianews.az nbcnews.com-a istinadən xəbər verir ki, hadisə Avstraliyanın Melburn hava limanında baş verib.

Məlumata görə, hava gəmisi terminal önündə park edilərkən, sərnişin sağ tərəfdə yerləşən təcili çıxışdan təyyarənin qanadına enib. O, qanad üzərində yeriməyə başlayıb.

Polisin açıqlamasında deyilir ki, həmin şəxs “iddia edilən aqressiv davranış və təyyarənin təhlükəsizlik protokollarını pozduğu” üçün həbs edilib.

Melburn hava limanından bildirilib ki, həmin şəxs polis tərəfindən həbs olunmazdan əvvəl təyyarə heyəti və hava limanı işçiləri tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
medianews.az

1Mənbələr