AZ

Dənizdə insident – Neft tankerinə SİLAHLI HÜCUM

İraqdan Afinaya üzən Sounion iki kiçik qayıqla 10-dan çox adamın hücumuna məruz qalıb.

Medianews.az xəbər verir ki, bu barədə Yunanıstan Dəniz İşləri Nazirliyi və Böyük Britaniya Dəniz Ti      carət Əməliyyatları (UKMTO) məlumat yayıb.

Məlumata görə, Yəmənin liman şəhəri Hudeydadan təxminən 143 km qərbdə yerləşən gəmi çərşənbə günü silahlı hücuma məruz qalıb. 25 nəfərlik ekipajı olan yunan bayraqlı neft tankeri çoxsaylı hücumlardan sonra alovlanıb. Gəmi Qırmızı dənizdə sürünməyə başlayıb.

UKMTO-nun bu barədə yaydığı məlumata görə, 23 filippinli və 2 rusiyalıdan ibarət ekipaj arasında xəsarət alan yoxdur.

Yunanıstanın dənizçilik naziri Kristos Stilianides hadisəni “beynəlxalq hüququn açıq şəkildə pozulması və beynəlxalq gəmiçilik təhlükəsizliyinə ciddi təhdid” adlandırıb.

Yunanıstan tərəfi gəminin raket və ya pilotsuz uçuş aparatı ilə vurulmuş ola biləcəyini qeyd edib.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
medianews.az

1Mənbələr