AZ

Özbəkistanla imzalanmış sənədlərin mübadiləsi olub (FOTO)

Bakı. Trend:

Özbəkistan - Azərbaycan biznes forumunda energetika, təhsil,logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkəndarasında əməkdaşlığın genişləndirilməsi, həmçinin, Quba və Cizak,Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrininqurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi olub.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri MikayılCabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığıngenişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımındanböyük əhəmiyyət daşıyır".

Qeyd edək ki, Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işəbaşlayıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziriMikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarətnaziri Laziz Kudratov iştirak ediblər.

Bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə,əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgəlayihələrin həyata keçirilməsinə kömək edəcək. Forum ticarəthəcminin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələriarasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması yollarınınmüzakirəsi platformasına çevriləcək.

Bundan əlavə, biznes forum çərçivəsində “Made in Azerbaijan”sərgisinin də keçirilməsi nəzərdə tutulur.

Özbəkistanla
Özbəkistanla
Özbəkistanla
Özbəkistanla
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
4
az.trend.az

10Mənbələr