AZ

Oğuz-Qəbələ-Bakı su kəməri: qəza aradan qaldırıldı

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.

Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.

Seçilən
110
49
ulusum.az

10Mənbələr