AZ

Çinli avtomobil istehsalçılarının başı üzərindəki sanksiya kabusu

Ukrayna müharibəsi ilə paralel olaraq Çin avtomobillərinin Rusiyaya bir növ ekspansiyası başlamışdı. Avropa və Yaponiya brendlərinin yerini tezliklə Çin markaları doldurmağa başladı. Orta əsrlər Avropasında deyildiyi kimi “təbiət vakuumdan qorxur”. 

Avtosfer.az xəbər verir ki, son 3 ayda Çin bankları Rusiyadan dollarla transaksiyaları minimuma endirib. Onların yuanla transaksiya aparmaq istəyinin kökündə sanksiyalardan yayınmaq istəyi dururdu. Lakin bu məsələ rusiyalı avtomobil dilerlərinə çətinlik yaradırdı. Axı hamı avtomobil ticarətində dollara vərdiş edib.
Bu günlərdə isə çinli avtomobil istehsalçıları başqa bir tələb qoyublar. Onlar da sanksiyadan yayınmaq üçün məhsullarını Rusiyaya birbaşa deyil, üçüncü ölkə vasitəsi ilə ixrac etmək istəyirlər. Bu da Federasiyada Çin avtomobillərinin bahalaşacağına dəlalət edir. 
Maraqlıdır ki, məsələ qlobal səviyyəli istehsalçıları narahat etsə də, əsasən daxili bazarla işləyən zavodlar məsələ ilə bağlı demək olar heç bir narahatlıq keçirmir.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
avtosfer.az

1Mənbələr