AZ

Ceniffer Lopezə keçmiş nişanlısından mesaj: Ya bu, ya da...

Cennifer Lopezə Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciətindən sonra keçmiş nişanlısı Aleks Rodriqesdən mesaj gəlib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Cennifer Lopez iki illik əri Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra keçmiş nişanlısı Aleks Rodriqesdən mesaj alıb.

Aleks Cennifer Lopezin  Ben Affleklə münasibətini rəsmən bitirmək üçün çərşənbə axşamı məhkəməyə müraciət etdiyini öyrənib. Bundan dərhal sonra keçmiş nişanlısı Aleks Rodriqesdən sosial mediada mənalı bir yazı gəlib.

49 yaşlı keçmiş beysbolçu Rodriqes "Ya bu, ya da başqa, istiqaməti təyin edən də sən olacaqsan" deyə mesaj paylaşıb.

Qeyd edək ki, 55 yaşlı Rodriqes və Lopez münasibətlərinə 2017-ci ildə başlayıblar,  iki il sonra nişanlanıblar. Cütlük 2021-ci ilin aprelində münasibətlərinə son qoyub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
26
baku.ws

10Mənbələr