AZ

Rüstəm Orucov ustad dərslərinə 400-ə yaxın cüdoçu qatılacaq

“Sevdiyim işlə məşğul olmaq məni xoşbəxt edir ”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov deyib.

Olimpiya mükafatçısı Portuqaliyada keçirəcəyi ustad dərsiləri ilə bağlı açıqlama verib. O bildirib ki, avqustun 27-də Lissabona yollanacaq: “Orada gənc cüdoçulara əsasən ustalığın əsaslarını nümayiş etdirəcəm və bu müddət ərzində üç fərqli idman kompleksində məşq keçəcəm. Bu təlimlərdə təxminən 400 nəfərə yaxın insanın iştirakı gözlənilir. Hətta say bundan da çox ola bilər. Təlimdə təkcə Portuqaliyadan olan gənc cüdoçular deyil, eyni zamanda dünyanın 7-8 ölkəsindən - Lüksemburq, Finlandiya, İspaniya və digər yerlərdən də gələcəklər”.

Orucovun sözlərinə görə, bu cür təlimlər keçəcəyi üçün özünü çox şanslı hesab edir: “Belə tədbirlər mənim üçün böyük əhəmiyyət kəsb edir. Orada sirlərimi bölüşmək olduqca xoşdur. İl ərzində bu mənim 11 master-klassımdır. Bundan əlavə, 3 belə tədbirimiz olacaq”.

Qeyd edək ki, Orucov Avropa Cüdo İttifaqının idman komissarıdır.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
idman.biz

1Mənbələr