AZ

Güneyli xanım məhbus təkadamlıq kameraya salındı

Təbriz həbsxanasında məhkumluq dövrünü yaşayan tələbə hərəkatı fəalı Armita Pavir təkadamlıq kameraya köçürülüb.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, xanım fəalın ailəsi ilə görüşü və telefon danışığına qadağa qoyulub.

Bunun Armita Pavirin həbsxanada məhbuslara qarşı göstərilən təzyiqlərə etiraz etməsindən sonra baş verdiyi bildirilib.

Qeyd edək ki, Armita Pavir son dəfə 21 sentyabr 2023-cü ildə saxlanılıb, "rəhbəri təhqir etmək və hökumətə qarşı təbliğat" ittihamına görə 22 ay 17 gün azadlıqdan məhrum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
axar.az

3Mənbələr