AZ

Hakerlər McDonald's hesabını sındırdılar

India_X_Kr3w haker qrupu McDonald's-ın rəsmi Instagram hesabını sındıraraq abunəçilərdən 700 min dollar kriptovalyuta oğurlayıb. 

News24.az xəbər verir ki, bu barədə “Cointelegraph” məlumat yayıb.

Hakerlər 5 milyondan çox insanın izlədiyi səhifəyə giriş əldə ediblər. Daha sonra onlar Grimace tokeninin “McDonald's Solana təcrübəsinin” bir hissəsi olduğunu iddia edən bir neçə yazı dərc edərək, saxta kriptovalyutası üçün reklam yayımlayıblar. Bu paylaşımlar tez bir zamanda populyarlıq qazanıb və bu, tokenin dəyərinin kəskin artmasına səbəb olub.

Daha sonra fırıldaqçılığı etiraf etmək üçün McDonald's səhifəsinin təsvirini yeniləyiblər.

“Bağışlayın, sizi indicə India_X_Kr3w aldatdı. Solana 700.000 dollara görə təşəkkür edirəm”, - başlıqda deyilib.

Qeyd edək ki, McDonald's tezliklə hesaba girişi bərpa edib, həmçinin saxta yazıları və təsviri silib. 

“New York Post”a şərhində şirkət baş verənləri etiraf edirək abunəçilərindən üzr istəyib.

Məryəm İlhamqızı


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
news24.az

1Mənbələr