AZ

"Qarabağ"ın matçını TRT-də şərh edən məşhur “Sportinfo”ya danışdı - VİDEO

“Matç sırasında söylədiklərim Azərbaycanda böyük rəğbətlə qarşılanıb.

Buna görə çox sevindim.

Necə ki illərdir azərbaycanlı qardaşlarımız Türkiyə klublarının uğurlarına seviniblər, biz də “Qarabağ”ın qələbələrinə indi elə sevinirik.

İşğaldan azad olunan şəhərin, bizim üçün də xüsusi yeri olan “Qarabağ”ın oynadığı futboldan zövq alıb sevinməyimiz çox normaldır”.

Bu açıqlama ilə Türkiyənin TRT kanalının şərhçisi Levent Özçelik çıxış edib.

“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova danışan tanınmış şərhçi bildirib ki, Azərbaycanın sevinci bizim sevincimizdir.

Onu da əlavə edib ki, ötən mövsüm “Qarabağ”ın Avropa Liqasında möhtəşəm çıxışı ilə dünyanı özünə heyran buraxıb:

“Dramatik şəkildə “Bayer”lə qarşılaşmalarda mübarizəni dayandıran Ağdam klubu oynadığı futbolla böyük alqışı haqq etmişdi.

“Dinamo” (Zaqreb) ilə matçda bir daha gördük ki, Qurban Qurbanovun rəhbərliyi altında oynanılan futbol heyranedicidir.

İkinci hissədə oyun “Qarabağ”ın üstünlüyü ilə keçmişdi. Çox qol epizodu yaratmasına baxmayaraq, sonlara doğru buraxdığı qollarla fərqli hesabla uduzdu.

Bu matçın revanşı da var. Düzdür, 3:0 hesablı nəticəni xeyrimizə çevirmək çətin olacaq, amma “Qarabağ” bu gücə sahibdir.

Onu da unutmayaq ki, Avropa Liqasında yola davam etmək də önəmlidir. Bir daha Azərbaycana sevgilərimi göndərirəm, var olun!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
sportinfo.az

1Mənbələr