AZ

Azərbaycan və Rusiya dünya enerji bazarlarında önəmli iştirakçılardır - ŞƏRH

Rusiya və Azərbaycan arasında dostluq, qardaşlıq və müttəfiqlik fonunda inkişaf edən münasibətlər, Cənubi Qafqaz regionunda əbədi sülhün təmin olunması üçün vacib faktordur.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ölkəmizə 18-19 avqust tarixlərində gerçəkləşən səfəri, Azərbaycan və Rusiya arasında mövcud olan tarixi və strateji əlaqələrin yeni bir mərhələyə keçməsi baxımından əhəmiyyətli bir hadisə kimi qiymətləndirilə bilər. Bu səfər, hər iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə təkan verməklə yanaşı, regional və qlobal məsələlərin həllində də qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Rusiya dövlət başçısının rəsmi səfəri iki ölkə arasında strateji əhəmiyyətə malik sənədlərin imzalanması ilə də nəticələnmişdir. Bu, hər iki ölkənin energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə mövcud əlaqələrinin daha da dərinləşməsinə gətirib çıxaracaqdır. Strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələr bu gün regional stabilliyin təmin edilməsi üçün vacib rol oynayır. 

Qeyd edək ki, Azərbaycan və Rusiya dünya enerji bazarlarında önəmli iştirakçılardır. Bu səfər zamanı enerji sahəsindəki əməkdaşlıq məsələləri də geniş müzakirə edilmiş və hər iki ölkə üçün vacib olan layihələr üzrə yeni razılaşmalar əldə olunmuşdur. Enerji təhlükəsizliyinin təmin edilməsi və dünya enerji bazarlarında mövqelərin qorunması baxımından bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində həmçinin, iki ölkə arasında ticarət həcminin artırılması və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə olunmuşdur. Ticarət dövriyyəsinin artması və yeni iqtisadi əməkdaşlıq platformalarının yaradılması, həm Azərbaycanın, həm də Rusiyanın iqtisadi inkişafına töhfə verəcəkdir. Prezident Putinin səfəri zamanı regional təhlükəsizlik məsələləri də xüsusi diqqət mərkəzində olmuşdur. Artıq keçmişdə qalmış “Dağlıq Qarabağ münaqişəsi”nin həlli, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində atılan addımlar hər iki ölkənin regiondakı maraqlarını əks etdirir. Rusiya və Azərbaycan bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlmişlər. Hamımıza aydındır ki, Azərbaycan və Rusiya beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu səfər zamanı beynəlxalq arenada qarşılıqlı dəstək və əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur. Cənab Prezident İlham Əliyev ali qonağın, istər qarşılanma, istərsə də səfər çərçivəsində nümayiş etdirdiyi etibarlı dost mövqeyi ilə diqqətləri öz üzərinə çəkdi. Qlobal miqyasda baş verən proseslərə qarşı birgə fəaliyyət göstərilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi bu gün hər iki ölkənin maraqlarına xidmət edir. Nəticə etibarilə, Rusiya prezidentinin ölkəmizə gerçəkləşən bu səfəri, Azərbaycan və Rusiya arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün yeni imkanlar açmışdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
baku.news

10Mənbələr