AZ

Çobankənd sakinləri Əziz namizədi belə qarşıladı - Fotolar

104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində Çobankənd kəndində seçicilərlə görüş keçirib. Namizədin vəkili Ayxan İsgəndərzadə onun “Yeni Siyasi Dövr” ilə bağlı baxışları və cənab Prezidentin siyasi kursu əsasında formalaşan platforması haqqında geniş məlumat verib. O, həm də namizədin doğulduğu kənd olan Çobankəndə dair baxışlarının, fikirlərinin xüsusi diqqətlə qarşılandığını bildirib.

Turkustan.az xəbər verir ki, namizəd öz növbəsində ictimaiyyətə müraciət edib, Çobankənd sakinləri qarşısında fundamental məsələlərə toxunub. O bildirib ki, hazırda ən aktual məsələ qalib dövlətin rəhbəri olaraq cənab Prezidentin iqtisadi, siyasi, sosial və beynəlxalq-regional münasibətlər çərçivəsində müəyyən etdiyi yeni dövrün tələbləri əsasında formalaşan baxışlardır. Bu baxışlar yaşıl enerji siyasətini, yeni dövrün, yeni vizyonun tələblərini özündə əks etdirən siyasi baxışlardır. Bu, həm də COP29-un Azərbaycanda keçirilməsi çərçivəsində fundamental yanaşmaların bölgədə tətbiqini də əhatə edir. Gədəbəyin təbii sərvətlər, yaşıl meşə örtüyü ilə zəngin olması dövlətin COP29 və yaşıl enerji siyasətində bu bölgəyə xüsusi diqqət ayırmasına səbəbiyyət verir. Namizəd kimi Əziz Əliyev həm də onu bildirir ki, fəaliyyətinin əsas məqsədlərindən biri məhz dövlətin bu sahədəki təbliğatını aparmaqdır: “Şübhə yoxdur ki, bu təbliğat bizə imkan verir ki, əsas hədəf kimi yaşıl enerjini, COP29 kimi qlobal tədbirin təbliğatını aparaq və əlbəttə ki, gənc bir doktorant kimi namizəd olaraq açıqlayıram ki, mən millət vəkili olaramsa həm də yaşıl enerji, idman siyasəti, təhsildə elmi inkişaf sahəsində təkliflər irəli sürəcəyəm. Bunun eyni zamanda cənab Prezidentin siyasəti olan “Yeni Dövr” baxışına, siyasi vizyonuna uyğun olduğunu da əhaliyə çatdırıram. Şübhə yoxdur ki, Gədəbəy ölkənin ucqar rayonlarından biridir.

Lakin sosial-iqtisadi inkişafı dövründə dövlətin xüsusi diqqət mərkəzində olub. Gədəbəyin bu baxımdan ötən 20 il ərzində keçdiyi inkişaf yolunu gələcəyə tətbiq eləməklə daha yüksək nailiyyətlər əldə edəcək.” İctimaiyyətin nümayəndələri tərəfindən maraqla qəbul edilən namizədə görüş iştirakçıları tərəfidən uğur arzulanıb.

Açıklama

Açıklama

AçıklamaAçıklama

Açıklama

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
turkustan.az

1Mənbələr