AZ

Blinken İsrailin Qəzzanın bəzi bölgələrindən çəkilməyə razı olduğunu açıqlayıb

ABŞ dövlət katibi Blinken İsrailin HƏMAS ilə davam edən atəşkəs danışıqları çərçivəsində Qəzzanın bəzi bölgələrindən çəkilməyə razılaşdığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Bayden və İsrail baş naziri Netanyahu arasında telefon danışığı ilə bağlı açıqlama verib. “Prezident atəşkəs və məhbusların azad edilməsi sazişinin başa çatdırılmasının təcili olduğunu vurğulayıb və qalan maneələrin aradan qaldırılması üçün Qahirədə keçiriləcək danışıqları qiymətləndirib”.

ABŞ-ın İrana və İranın dəstəklədiyi təşkilatlara qarşı İsrailə hərbi dəstəyini davam etdirəcəyini qeyd edən Bayden, Netanyahu ilə Amerikanın bölgədəki hərbi varlığı ilə bağlı son vəziyyəti də dəyərləndirib.

İsrail və Həmas arasında avqustun 15-16-da Qətərin paytaxtı Dohada əsir mübadiləsi və Qəzzada atəşkəs üçün danışıqlar aparılması da müzakirə edilmişdi. HƏMAS bəyan edib ki, İsrail baş naziri Netanyahu ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda yeni şərtlər irəli sürərək razılığa gəlməyə mane olub. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda azı 16 min 480-i uşaq, 10 min 980-i qadın olmaqla 40 min 223 fələstinli ölüb, 92 min 981 nəfər yaralanıb.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
sia.az

1Mənbələr