AZ

Turun bütün oyunlarında qırılması mümkün olan seriya var

Sabah Misli Premyer Liqasında 4-cü tura start veriləcək.

Futbolinfo.az saytının məlumatına görə, baş tutacaq oyunlar bəzi uğursuz seriyaların qırılmasına səbəb ola bilər.

– Açılış matçında “Səbail”in qonağı olacaq “Kəpəz” indiyə qədər bu rəqibinə səfərdə qalib gələ bilməyib. 2017-ci ildən başlayan rəqabətdə bakılılar rəqibini 6 dəfə qəbul edib. Bunun yalnız 3-də Gəncə təmsilçisi 1 xala sevinib. Bu komandaların ötən mövsüm çempionat çərçivəsində baş tutan 4 oyununun heç birində “Kəpəz” qalibiyyət üzü görməyib.

– 2022-ci ildən elitada çıxış edən “Turan Tovuz” bu turda üz-üzə gələcəyi “Qarabağ”ı ilk dəfə məğlub etməyə çalışacaq. Misli Premyer Liqasının hazırkı lideri son çempiona qarşı Bakıda keçirdiyi matçların hamısında məğlub olub və ən azı 3 qol buraxıb. Tovuzluların “Azərsun Arena”da hətta heç-heçəsi də ilk olacaq. “Turan Tovuz” yalnız bir dəfə ağdamlıları büdrədə bilib. Ötən ilin oktyabrındakı qarşılaşmada heç-heçə qeydə alınıb.

– Uzun fasilədən sonra ötən mövsüm çempionata qayıdan “Araz-Naxçıvan” “Neftçi”yə qarşı keçirdiyi 8 görüşdə ümumilikdə 3 qol vurub. Ancaq digər tərəfdən bakılılar son 3 səfər matçında rəqib qapısına yol tapa bilməyiblər.

– “Sabah” – “Sumqayıt” dueli öncəsi bakılılar ərazi üstünlüyünə malikdir. Paytaxt təmsilçisi bütün ev matçlarında “gənclik şəhəri” təmsilçisini mərkəzə dəvət edə bilib. “Sumqayıt” hətta son 4 səfər görüşündə qələbə üzü görməyib.

– Turun son matçında “Zirə”nin qonağı olacaq “Şamaxı” da 12 oyunluq tilsimi qırmağa çalışacaq. Bölgə təmsilçisi axırıncı dəfə 4 il yarım əvvəl – 2020-ci ilin fevralında bu rəqibindən 3 xal almağa müvəffəq olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
futbolinfo.az

1Mənbələr