AZ

Tanışını döyüb, qardaşını bıçaqlayan şəxslə bağlı məhkəmə qərarı elan edildi

Qusarda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Adil Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Adil Həsənov 07 iyul 2023-cü il tarixdə, saat 19 radələrində Qusar şəhəri, M.Həsrətov küçəsində kafenin qarşısında sərxoş vəziyyətdə, tanışı M.M.-ə (şərti) sataşaraq onun ünvanına nalayiq ifadələr işlədib, təhqir edib və döyüb. Sonra M.M qeyd olunan məsələ ilə bağlı qardaşı, zərərçəkmiş Şükür İsmayılova məlumat verib. Zərərçəkmiş də məsələyə aydınlıq gətirmək üçün həmin gün saat 23 radələrində Adilin yaşadığı evin qarşısında doğma qardaşına qarşı etdiyi hərəkətlərə görə iradını bildirib. Bu zaman onlar əlbəyaxa olub. Daha sonra o, yaşadığı evin yataq otağından bıçağı götürüb Şükürün üstünə hücum edərək, onun qarın nahiyəsinə bir dəfə qəsdən vurub.

 

Hadisədən sonra Adil Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.  

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

 

Tarix: 22 Avqust 2024, 09:51   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
pravda.az

10Mənbələr