AZ

Nə üçün kənd məntəqələrində doğuş həyata keçirilmir? » Medical Media


Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar səhiyyə sisteminin strukturunda bir sıra vacib islahatlar həyata keçirilib. Bu islahatlar çərçivəsində rayon mərkəzi xəstəxanalarının sturkturunda da dəyişikliklər aparılıb, ilkin səhiyyə sistemi yenidən qurulub. 

Bununla da, hazırda ölkəmizdə üç səviyyəli səhiyyə sistemi tətbiq olunur. Bu sistemə əsasən, birinci səviyyəyə ilkin tibbi sanitariya yardımı göstərən, ikinci səviyyəyə ambulator poliklinik və stasionar xidmət göstərən, üçüncü səviyyəyə tam ixtisaslaşmış səhiyyə xidməti göstərən tibb müəssisələri daxil edilib.

Tibb məntəqələri, həkim məntəqələri ilkin tibbi sanitariya yardımı göstərən müəssisələr qrupuna aiddir. Fizioloji doğuş prosesində daha keyfiyyətli tibbi xidmət üçün kadr və təminat potensialı nəzərə alınaraq, prosesin yüksək ixtisaslaşmış doğum evində, yəni stasionar xidmət göstərən tibb müəssisəsində həyata keçirilməsi məqsədəuyğundur.
Seçilən
88
medicalmedia.az

1Mənbələr