AZ

Budanov: "Rusiyanın kəşfiyyat mərkəzi, aeroprtu, aviabazası bombalanıb"

Hurriyyet.az xəbər verir ki, Ukrayna dronları Moskva yaxınlığında Rusiyanın radiotexnika kəşfiyyatı mərkəzinə hücum ediblər. Ukrayna həmin mərkəzə, Moskva yaxınlığındakı aeroporta, Rostov vilayətindəki aviabazaya PUA zərbələri endirib. Bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "The War Zone" nəşrinə müsahibəsində verib.

Məqalədə həmçinin, sosial şəbəkələrdə yayılmış, Murmanskdakı "Olenya" aviabazası yaxınlığına PUA zərbələri endirilməsini əks etdirən kadrlar xatırladılıb - Qütb dairəsi yaxınlığındakı bu aviabazada Rusiyanın strateji qırıcıları yerləşdirilib.

Budanov deyib: "Bu gün biz dronlardan istifadə eləməklə bir neçə əməliyyat keçirdik. "Ostafyevo" aeroportu və "Millerova" aviabazası hücumlara məruz qalıb. Ümumilikdə 50 PUA hücumda iştirak edib". O, dağıntıların dəqiq miqyasının müəyyənləşdirilməsi üçün araşdırma aparıldığını söyləyib".

Nəşr qeyd edir ki, "Ostafyevo" aeroportu Rusiyanın Müdafiə Nazirliyi üçün bir sıra vəzifələri icra edir. 2018-ci ildə orada həlqəvəri anten şəbəkələri quraşdırılıb. Budanov rdiotexnika kəşfiyyatı mərkəzinin məhz harada yerləşdiyini dəqiqləşdirməyib.

Rusiyadan verilən açıqlamada isə Moskvaya və digər regionlara yollanan bütün dronların vurulduğu bildirilir.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
hurriyyet.az

1Mənbələr