AZ

“Ermənilər azərbaycanlılara ərə gedən qızlarını övladlıqdan çıxarırdılar” — VİDEO

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.



İctimaimedia.az xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə olub.



Uşaqlıq xatirələrinin Kəsəmən kəndi ilə daha çox bağlı olduğunu vurğulayan alim bu yaşayış məntəqəsini tez-tez yuxularında gördüyünü bildirib. O, ümumilikdə Qərbi Azərbaycanda, xüsusən də Göyçə mahalında təhsilə və elmə böyük marağın olduğunu qeyd edib.



Təəssüflə bildirib ki, bu maraq müqabilində erməni rəhbərlik alitəhsilli azərbaycanlı kadrların işlə təmin olunmasına şərait yaratmayıb. Nəticədə azərbaycanlı gənclər doğma el-obanı tərk etmək məcburiyyətində qalıblar. Bu isə Qərbi Azərbaycanda soydaşlarımızın, xüsusən də rəhbər vəzifədə təmsil olunan azərbaycanlıların sayının tədricən azalmasına səbəb olub.



Professorun sözlərinə görə, bu, erməni millətçiləri tərəfindən məqsədli şəkildə həyata keçirilmiş bir siyasət olub. Hətta ermənilər azərbaycanlılara ərə getmiş qızlarını övladlıqdan çıxarıblar, bu da azərbaycanlılara qarşı ayrı-seçkilik və diskriminasiyanı nümayiş etdirib.



O, tarixən soydaşlarımızın yaşadığı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və tarixi abidələrin ermənilər tərəfindən saxtalaşdırılmasının da bu siyasətlə əlaqəli olduğunu dilə gətirib. Məsələn, Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilib, bununla da ermənilər tarixi izləri silməyə çalışıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
ictimaimedia.az

1Mənbələr