AZ

İspaniya çempionatı tarixində ən uzun məğlubiyyətsizlik seriyası “Real”da

“Real” yeni rekorda imza atıb.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, klub buna İspaniya La Liqasının 1-ci turunda səfərdə “Malyorka” (1:1) ilə matçda nail olub.

Belə ki, “Real” İspaniya çempionatı tarixində ən uzun məğlubiyyətsizlik seriyasını davam etdirib. “Kral klubu” ardıcıl 33 oyundur ki, La Liqada uduzmur - 24 qələbə 9 bərabərlik.

“Real”ın əvvəlki belə seriyası 1988-ci ilin mayından 1989-cu ilin aprelinə qədər qeydə alınıb. Madrid təmsilçisi 21 qələbə və 9 heç-heçə ilə yadda qalıb.

“Real” növbəti matçını avqustun 25-də “Valyadolid”ə qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sportinfo.az

1Mənbələr